Sales Manager
Description
Bayli Logistics Solutions özəl logistika və yükdaşıma şirkətidir. Şirkətimizin əsas məqsədi Azərbaycan bazarında mövqeyimizi gücləndirmək, müştərilərimizə daha peşəkar, çevik və kompleks logistika həlləri təqdim etməkdir.
Biz hesab edirik ki, logistika şirkəti yalnız yükün bir məntəqədən digərinə daşınmasını təşkil etməklə kifayətlənməməlidir. Müştərinin biznesini, ehtiyaclarını və qarşılaşdığı çətinlikləri dərindən anlamalı, təchizat zəncirinin bütün mərhələlərində — daşınma, anbar, gömrük və digər əlaqəli xidmətlər üzrə — etibarlı tərəfdaş kimi çıxış etməlidir. Bizim yanaşmamız logistika proseslərinin mümkün qədər vahid və koordinasiyalı şəkildə idarə olunmasına əsaslanır.
Uzunmüddətli hədəflərimizdən biri beynəlxalq fəaliyyət coğrafiyamızı genişləndirməkdir. Bu istiqamətdə 2027-ci ildə Almaniyanın Hamburq şəhərində yeni filialımızın açılmasını planlaşdırırıq.
Kimləri axtarırıq?Bizim üçün peşəkarlıq yalnız iş təcrübəsi ilə ölçülmür. Komandamıza qoşulacaq şəxsin aşağıdakı keyfiyyətlərə sahib olmasını vacib hesab edirik:
- Ünsiyyət qurmaq və fikirlərini aydın, düzgün ifadə etmək bacarığı;
- Dürüstlük və işgüzar münasibətlərdə etibarlılıq;
- Komanda ilə işləmək bacarığı;
- İşinə həvəsli və məsuliyyətli yanaşma;
- Ardıcıllıq və intizam;
- Peşəkar davranış və işgüzar etikaya riayət;
- Vaxtın idarə olunması və punktuallıq;
- Üzərinə götürdüyü öhdəliklərə ciddi yanaşmaq.
Komandamıza mövcud müştəri portfeli və formalaşmış işgüzar əlaqələri olan, logistika sahəsində təcrübəli Satış üzrə Menecer axtarırıq.
Namizədin əsas vəzifəsi yeni müştərilərin cəlb edilməsi, mövcud işgüzar əlaqələrin inkişaf etdirilməsi və şirkətin satış portfelinin genişləndirilməsi olacaq.
Xüsusilə aşağıdakı istiqamətlər üzrə daşımaya ehtiyacı olan Azərbaycan şirkətləri ilə işləyən və bu sahədə müştəri əlaqələrinə malik namizədlərə üstünlük verilir:
- Çindən Azərbaycana avtomobil daşımaları (Road Freight);
- Dəmir yolu daşımaları (Rail Freight);
- Dəniz daşımaları (Sea Freight);
- Hava daşımaları (Air Freight);
- Müəyyən edilmiş satış hədəflərinə çatmaq və nəticəyönümlü işləmək bacarığı;
- Logistika bazarında qiymət formalaşması, tariflər və daşınma xərcləri barədə yaxşı biliklərə malik olmaq;
- Müxtəlif daşınma növləri üzrə qiymət təkliflərini hazırlamaq, təhlil etmək və rəqabətədavamlı təkliflər formalaşdırmaq bacarığı.
Bizə sadəcə satış həyata keçirən deyil, müştərinin ehtiyacını anlayan, uzunmüddətli əməkdaşlıq qura bilən və şirkətin inkişafına real töhfə verəcək əməkdaş lazımdır.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və bu vəzifəyə maraqlarını, peşəkar təcrübələrini və komandamıza verə biləcəkləri töhfəni əks etdirən motivasiya məktubunu Info@bayli-logistics.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Məktubun mövzu hissəsində "Sales Manager" qeyd edilməlidir.
İşə başlama tarixi: Yanvar 2027.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Sign in to read and join the discussion.